Neftin qiymətinin artması manatın məzənnəsinə necə təsir edəcək? EKSPERT RƏYİ
"Dünya bazarında neftin qiymətlərində baş verən müsbət dəyişikliklər neft hasilatı ilə məşğul olan ölkələrə daha çox dividentlər gətirir. Azərbaycanın 2016-cı il üçün Dövlət büdcəsinin dürüstləşdirilmiş variantında neftin bir barelinin qiyməti 25 ABŞ dolları həddində müəyyən olunub. Bu baxımdan da neftin qiymətindəki artım Dövlət Neft Fondunun valyuta ehtiyatlarının çoxalmasına gətirib çıxaracaq". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Fikrət Yusifov deyib.
Ekspert bildirib ki, neftin qiymətlərinin bundan sonra necə dəyişməsindən asılı olmayaraq manatın məzənnəsində kəskin dəyişikliklərin baş verəcəyi gözlənilən deyil: "Əslində bu heç arzuolunan hal deyil. Çünki məzənnədə baş verən son kəskin dəyişiklikdən sonra yaranan yeganə ciddi problem, banklardan əhaliyə xarici valyuta ilə verilmiş kreditlərin ödənişi oldu. Xarici valyutada verilmiş kreditlərin ödənişində yaranan həmən çətinliklər aradan qaldırılarsa, manatın məzənnəsinin bu günkü səviyyəsini real sektordan ixracın stimullaşdırılması üçün çox əlverişli hesab etmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB