Dünya bazarında qızılın və gümüşün qiyməti dəyişib. SİA-nın xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 0,20 dollar ucuzlaşaraq 1 250,10 dollara, gümüş isə 0,02 dollar bahalaşaraq 17,11 dollara satılıb.

Amerika və Avropa fond indekslərinin qiymətində də dəyişiklik qeydə alınıb. Amerika fond bazarında Dow Jones indeksi 0,63% - 17 982,52 bəndədək, S&P 500 0,52% - 2 091,48 bəndədək, NASDAQ 0,05% - 4 945,89 bəndədək azalıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,45% - 6 381,44 bəndədək, Fransa CAC-40-ı 0,20% - 4 582,83 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,14% - 10 435,73 bəndədək bahalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...