2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 45,1 faiz bahalaşıb. Bu barədə SİA-ya Statistika Komitəsindən məlumat verilib.
Cari ilin mart ayında fevral ayına nisbətən yükdaşıma qiymətləri 2,8 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 3,1 və 3,0 faiz, ölkələrarası yükdaşıma qiymətləri hava nəqliyyatında 4,9 faiz, dəmir yolu nəqliyyatında 2,5 faiz, dəniz nəqliyyatında 2,1 faiz, avtomobil nəqliyyatında 0,9 faiz bahalaşıb, ölkədaxili yükdaşıma qiymətlərində isə dəyişiklik baş verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB