Fermer və sahibkarlara yeni texnikalar verilib

Fermer və sahibkarlara yeni texnikalar verilib

"Aqrolizinq" ASC-nin Gəncə Təchizat Bazasında növbəlilik prinsipinə uyğun olaraq lizinq yolu ilə fermer və sahibkarlara yeni texnikalar təqdim olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə respublikanın bütün regionlarından olan 33 hüquqi və fiziki şəxs iştirak edib. "Aqrolizinq" ASC-nin və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Gəncə Avtomobil Zavodunun istehsalı olan 38 ədəd "MTZ" markalı traktor və 14 ədəd kotan fermer və sahibkarlara təqdim olunub. Lizinqə verilən kənd təsərrüfatı texnikaları "bir pəncərə" prinsipi əsasında "Aqrolizinq" ASC-nin aidiyyəti struktur bölmələrinin və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşlarının iştirakı ilə dövlət qeydiyyatına alınıb və texniki sənədlərlə birlikdə fermer və sahibkarlara təqdim edilib.

Tədbirdə həmçinin 1 Qarabağ müharibəsi veteranına və 2 şəhid ailəsinə lizinqə verilən yeni traktorlar növbədənkənar olaraq təqdim olunub.

Sonda fermer və sahibkarlar göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə