Mahmut Arslan: "Qardaş Azərbaycana məhəbbətimiz, Ermənistana nifrətimiz sonsuzdur"

"Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstəkdir. Qardaş ölkənin müstəqilliyini tanıyan ilk dövlət də, məhz Türkiyə olub. Həqiqətən də biz bir millət, iki dövlətik. Azərbaycanın siyasi və iqtisadi yöndə sürətli inkişafı qardaşı olaraq Türkiyəni sevindirir. Iki ölkə yaxşı və pis gündə birlikdə olub". SİA xəbər verir ki, bu fikirləri bu gün Bakıda keçirilən Hak-İş Konfederasiyası Başkanlıq Kurulu toplantısında başkan Mahmut Arslan deyib.

O bildirib ki, bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa etməyə yönəlmiş petisiyaya dəstək məqsədilə bütün Hak-iş qurumları səfərbər edilib: "Çox sevindirici haldır ki, 100 min imzanın kifayət etdiyi petisiyada artıq 130 mindən çox imza toplanıb. Dəstəyimiz sona qədər olacaq. Aprel ayının sonlarına qədər imzaların sayını 500 min etməyi planlaşdırırıq. Qardaş Azərbaycana məhəbbətimiz, Ermənistana isə nifrətimiz sonsuzdur".

Başkan onu da qeyd edib ki, Azərbaycan və Türkiyə dostluğunu, qardaşlığını gözü götürməyən qüvvələr çoxdur: "Ermənistandan bir vasitə kimi istifadə edən həmin qüvvələr öz niyyətlərinə çata bilməyəcəklər. İşğalçı Ermənistan qardaş Azərbaycan dövlətinin tarixi torpaqlarından çıxana qədər mübarizəmiz davam edəcək. Tarixi köklərlə bağlılığımız birliyimizin əbədi olacağına əsas verir".

Bütün xəbərlər Facebook səhifəmizdə