Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,32 dollar azalaraq 41,85 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 0,14 dollar azalaraq 44,55 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə