Azərbaycana 50 kommunal təyinatlı nəqliyyat vasitəsi gətirilib FOTOLAR

Azərbaycana 50 kommunal təyinatlı nəqliyyat vasitəsi gətirilib FOTOLAR

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişləri çərçivəsində, Çin Xalq Respublikası Hökuməti tərəfindən ayrılmış texniki yardım hesabına, Azərbaycana 50 ədəd kommunal təyinatlı nəqliyyat vasitəsi gətirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, bunlar məişət tullantıları daşıyan ortatutumlu, çirkab suları soran (assenizator), sudaşıyan, küçəsüpürən kommunal təyinatlı nəqliyyat vasitələridir. Nəqliyyat vasitələri "China Civil Engneering Construction Corporation" şirkətinin istehsalıdır.

Bu gün Çin Xalq Respublikasından Azərbaycana gətirilmiş nəqliyyat vasitələrinə Biləcəri stansiyasında baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azəravtoyol" Dövlət Şirkətinin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Azərbaycanla Çin arasında qarşılıqlı əlaqələrin inkişaf etməsindən məmnun qaldıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə