Yanvar-fevral aylarında əhalinin gəlirləri 10,2 faiz artıb

Yanvar-fevral aylarında əhalinin gəlirləri 10,2 faiz artıb

2016-cı ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 6459,3 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 10,2 faiz çoxdur. Gəlirlərin 81 faizi son istehlak xərclərinə, 10,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 5,9 faizi isə yığıma yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə