Manat bahalaşır

Novruz bayramı münasibəti ilə tətil elan edildiyi üçün bu həftə valyutanın məzənnələri AMB-nin son göstəricilərinə əsasən stabil qalacaq. AMB-nin son iş günü - 18.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5971 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.8066 manat, Rusiya rublu isə bahalaşaraq 0.0235 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.3099 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5609 AZN dəyərində müəyyənləşib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bayramdan sonrakı ilk iş günü üçün – 28.03.2016-cı il tarixə USD/AZN rəsmi məzənnəsi 1,5876 səviyyəsində müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə