“İran özünün kredit reytinqini və bazardakı payını qaytarmaq istəyir” ekspert rəyi
"İranın rəsmi dairələri kredit reytinqinin bərpa olunması və neft bazarında itirdikləri payın geriyə qaytarılması haqqında düşünürlər. Bu fikri 2016 FT İran Maliyyə Sammiti çərçivəsində prezidentin administrasiya rəhbəri Məhəmməd Nəhavəndi bildirib: "Şübhəsiz ki, bazar payı geriyə qaytarılmalıdır. Kiminsə hasilat səviyyəsini dondurmaq niyyəti varsa bunu bizim itirdiyimiz bazar payının əldə edəcəyimizdən sonra mümkün olacaq", deyərək firikini tamamlayıb".
Məsələ ilə bağlı SİA-ya açıqlama verən fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib ki, digər xəbər İranın Mərkəzi Bankının sədrinin müavini tərəfindən səsləndirilib: "Belə ki, onun fikirincə terrorçuluğun maliyyələşdirilməsinə qarşı normativ aktlar qəbul olacağından sonra İranın suveren reytinq alması məsələsi də gerçəkləşdirilə bilər. Son zamanlaradək dünyanın aparıcı reytinq korporasiyaları - "Fitch", "Moodys", "Standard & Poors" ABŞ və daha sonra Avropa Birliyi tərəfindən İrana qarşı sanksiyalarının təzyiqini bu və ya digər formada nəzərə alırdı".
E.Əliyev əlavə edib ki, siyasi motivlərə əsaslanaraq "Standard & Poors" ümumiyyətlə İrana reytinq qiymətləndirilməsini etməyib: "Moodys 2002-ci ilə qədər İranın reytinqini B2 səviyyəsində müəyyən edərək onun investisiya cəlbediciliyini yüksək spekulyativ səviyyəsində səciyyələndirib. 2002-ci ildən sonra ABŞ-ın sanksiyaları davam etdirildiyi üçün agentlik ümumiyyətlə reytinqi ləğv etdi. Fitch agentliyi isə sonuncu dəfə İranın reytinqini 2006-cı ildə müəyyən edərək, ölkəyə B+, yəni investisiya reytinqindən 4 pillə aşağı bir göstərici müəyyən edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB