Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurasının növbəti iclası keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, iclasda Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı təşkilati məsələlər, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsində verilmiş tapşırıq və tövsiyələrin icrası ilə bağlı görüləcək işlər müzakirə edilib.
İclasda həmçinin, İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə Apellyasiya Şurasında baxılması nəzərdə tutulan şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları qəbul olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB