Bu gün dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,45 dollar yaxud 1,18% azalaraq 37,84 dollar/barel təşkil edib. SİA-nın məlumatına görə, "Brent" markalı neft isə 1,02 dollar və ya 2,48% ucuzlaşaraq 40,05 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 43 dollar/barel olacağı gözlənilir.
Azərbaycan nefti də bir dollardan artıq ucuzlaşıb. Ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,21 dollar və ya 2,92% azalaraq 40,24 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB