Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin informasiya resursları arasında elektron məlumat mübadiləsinin reqlamenti haqqında razılaşma imzalanıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, razılaşmanın şərtlərindən irəli gələn vəzifələr və öhdəliklərə görə tərəflər məlumatların müasir informasiya texnologiyalarından istifadəsini məqsədəuyğun hesab edir və tələb olunan həcmdə məlumatların ötürülməsinə imkan verən zəruri texniki avadanlıqlara olan tələbatın ödənilməsini öz üzərlərinə götürürlər.
Razılaşma çərçivəsində tətbiq olunan proqram təminatı universal məlumat formatlarını dəstəkləyir və standart mübadilə protokollarına əsaslanır.
Mübadilə edilən məlumatların strukturuna sorğular, su kadastrı məlumatları, suvarılan torpaq sahələri, meliorasiya və irriqasiya (suvarma) şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyaları, subartezian quyuları, şoranlaşma və şorakətləşmə vəziyyəti haqqında məlumatlar, həmçinin aero və peyk şəkilləri əsasında hazırlanan ortofotolardan müvafiq qaydada birgə istifadəsi daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB