Bank sektoru üzrə məcmu aktivlərin həcmi azalıb

Bank sektoru üzrə məcmu aktivlərin həcmi azalıb

Azərbaycanın bank sektoru üzrə məcmu aktivlərin həcmi 2016-cı il fevralın 1-nə 33 776,6 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından SİA-ya verilən məlumata görə, bu, yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə 1 129,4 mln. manat və ya 3,2% azdır.

2015-cü ilin müvafiq dövrü ilə müqayisədə bank aktivlərinin ümumi həcmi 8 938,9 mln. manat və ya 36% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə