SOCAR prezidenti Gürcüstanda bir sıra məsələləri müzakirə edib
Martın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Gürcüstan Respublikasına səfər edib. SİA-nın xəbərinə görə, səfər çərçivəsində SOCAR prezidenti bir sıra mühüm görüşlər keçirmiş, tədbirlərdə iştirak etmişdir. Əvvəlcə şirkətin törəmə müəssisəsi olan SOCAR Georgia Petroleum MMC-nin xidmət mərkəzinin Tbilisidə, Vakedə yerləşən baş ofisinə gələn Rövnəq Abdullayev burada yaradılmış şəraitlə tanış olub.

SOCAR rəhbərinə məlumat verilib ki, hazırda Gürcüstan ərazisində MMC-nin 19 xidmət mərkəzi fəaliyyət göstərir, bunlardan 5-i Tbilisi şəhərində, 7-si şərqi, 7-si isə qərbi Gürcüstandadır. 2015-ci ildə xidmət mərkəzləri vasitəsilə 104 800 877 litr həcmində yanacağın pərakəndə satışı həyata keçirilib. Qeyd olunub ki, xidmət mərkəzlərinin müasir standartlara uyğun baş ofisi 2015-ci ildə istifadəyə verilib. Ofis müasir avadanlıqla təmin olunub, xüsusi dizayn edilib. Ötən il yanacağın satış səviyyəsinin artırılması məqsədi ilə SOCAR Georgia Petroleumun bütün sistemi, o cümlədən xidmət mərkəzləri şəbəkəsi üzrə struktur dəyişiklikləri aparılıb. SOCAR prezidenti servis mərkəzlərinin baş ofisində yaradılmış şəraitdən razı qaldığını bildirmiş, əməkdaşlara yeni uğurlar arzulamışdır.

Səfər çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb, bir sıra məsələləri müzakirə edib. Daha sonra rəsmi sənədlərin imzalanma mərasimi keçirilib. . Sənədləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəsmi şəxsləri, Gürcüstan tərəfindən isə Baş Nazirin Muavini və Enerqetika Naziri Kaxa Kaladze, Gürcüstan Neft Qaz Korporasiyasının Baş direktoru David Tvalebeyişvili imzalamışlar. İmzalanma mərasimindən sonra SOCAR prezidenti R. Abdullayev və Gürcüstanın energetika naziri K.Kaladzenin mətbuat konfransı keçirmiş, jurnalistləri maraqlandıran suallara ətraflı cavab veriblər.

Qeyd edək ki, SOCAR prezidentinin Gürcüstana səfəri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB