Martın 4-də Saatlıdakı Gənclər Mərkəzində "Aqrolizinq" ASC-dən lizinq yolu ilə kənd təsərrüfatı texnikaları əldə etmiş istifadəçilərə yerlərdə xidmət göstərilməsi məqsədilə güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın növbəti səyyar iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan 129 istifadəçiyə lizinqə verilmiş, ümumilikdə, 3.348.507 manat məbləğində 222 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1.249.033,80 manat məbləğində güzəşt tətbiq edilib.
Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 56 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib. Həmçinin "Aqrolizinq" ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə güzəşt məqsədilə elektron ərizə verilməsi üçün xidmət göstərilib.
Tədbirdə çıxış edən Xüsusi Komissiyanın sədri Mikayıl Nuriyev, "Aqrolizinq" ASC-nin sədri Elşən Məmmədov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr barədə məlumat verib, ölkəmizdə sahibkarlara və məhsul istehsalçılarına göstərilən qayğıdan söhbət açıblar.
Diqqətə çatdırılıb ki, Xüsusi Komissiyanın səyyar iclaslarında respublikanın 48 rayonunu əhatə etməklə 981 istifadəçiyə lizinqə verilmiş 1923 müxtəlif kənd təsərrüfatı texnikasına 11.295.091,04 manat məbləğində güzəşt tətbiq edilib. İstifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 576 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi təmin olunub.
Tədbirdə məhsul istehsalçılarına kənd təsərrüfatı texnikalarının onların mülkiyyətinə verilməsinə dair hüquqi sənədlər təqdim edilib.
Fermerlər və məhsul istehsalçıları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB