Ölkədə aparılan aqrar siyasətə uyğun olaraq bölgələrdə bitkiçilik məhsullarının istehsalının artırılması, itkilərin qarşısının alınması, məhsulun keyfiyyətinin yüksəldilməsi və s. istiqamətlər üzrə texniki, texnoloji, təşkilati və digər tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, qeyd edilənlərlə əlaqədar 04 mart 2016-cı il tarixində Bərdə rayonunda "Yaz tarla işlərinin vaxtında və keyfiyyətlə aparılmasının kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində rolu" mövzusunda regional müşavirə keçiriləcək.
Tədbirdə Aparatın Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, "Aqrolizinq" ASC-nin, Aqrar Elm Mərkəzinin, Elmi Tədqiqat Əkinçilik İnstitutunun, Bərdə, Tərtər, Ağdam, Ağcəbədi, Zərdab, Beyləqan, Fizuli, Goranboy, Yevlax, Ucar, Kürdəmir rayonlarında fəaliyyət göstərən yerli qurumlarının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakları nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB