Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində gömrük orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi, üzən nəqliyyat vasitələrinin gömrük qaydalarına riayət etməsinin təmin olunması, dəniz və sahilboyu ərazilərdə gömrük nəzarətinin həyata keçirilməsi,eləcə də qaçaqmalçılıq yolu ilə dəniz nəqliyyatı vasitəsilə malların gömrük ərazisinə gətirilməsinin qarşısının alınması sahəsində müvafiq işlər görülür. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, qeyd edilən funksiyalar gömrük orqanlarının istifadəsində olan və keşikçəkmə (patrulluq) kiçikhəcmli gəmilər vasitəsilə həyata keçirilir.
ötən gündən etibarən sözügedən sahədə gəmilərin şəxsi heyəti və gömrük əməkdaşlarının su nəqliyyatı vasitələrinin idarə olunmasında təhlükəsizlik qaydaları və normaları üzrə peşə biliklərinin dahada artırılması üçün əlavə təlimlərə başlanılıb.
Təlimlər "Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat" və "Gəmi mühafizəsi üzrə məsul şəxs" mövzularında təşkil olunub. Təlimləri Dövlət Dəniz Akademiyasının Dənizçilərin Hazırlanması və Sertifikatlandırılması Mərkəzinin mütəxəssisləri aparır.
Kursun sonunda gəmilərin şəxsi heyətinə və gömrük əməkdaşlarına sertifikatlar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB