"Cənub Qaz Dəhlizi" layihəsi Məşvərət Şurasının toplantısın Bakıda keçirilməsi özü-özlüyündə böyük əhəmiyyətə malikdir. Bundan əlavə Ölkə prezidenti cənab İlham Əliyevin toplantıda iştirakı Azərbaycanın adı çəkilən toplantıya nə qədər önəm verdiyini göstərir". Bunu SİA-ya iqtisadçı Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji-qaz təhlükəsizliyinin formalaşdırılmasında əhəmiyyətli mövqeyə malikdir və Avropa birliyi bu sahədə ölkəmizi özünə yaxın partnyor sayır: "Cənub Qaz dəhlizi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir, o cümlədən qeyd etməliyik ki, Şahdəniz yatağı dünyanın ən iri həcmli qaz yataqlarından biri kimi, Avropanın enerji təhlükəsizliyini uzun illər qorumağa qadirdir. Ölkəmizə verə biləcək dividendlər iki tərəfli olmaqla, iqtisadi və siyasi xarakter daşıyır. Siyasi baxımdan Avropa ilə münasibətlər həm siyasi və həmçinin iqtisadi xarakter daşıyacaq. Siyasi baxımından birqədər soyuq münasibətlərin istiləşməsinə gətirib çıxaracaq".
N.Hacızadə əlavə edib ki, bu gün Avropa birliyin bir sıra ölkələri əsassız yerə Azərbaycanı bir sıra məsəllərdə ittiham edir, ümid edirik qarşılıqlı iki tərəfli partnorluq münasibətləri bu ittihamları səncidəcək: "İqtisadi cəhətdən layihənin tez bitməsi əhəmiyyətlidir. Qazın qiyməti ilə neftin qiyməti bir qədər bir birilə bağlıdır. Belə olan halda qazın qiymətində də qarşıdakı illərdə eniş olacağı gözləniləndir. Bu baxımdan ölkəmiz risklərinin idarə etməyi bacarmalıdır və tez bir zamanda layihəyə qoyulmuş kapitalı geri qaytara bilməli və daha sonra ölkəyə valyuta axınını bərpa etməlidir. Bunun üçün ciddi şəkildə maliyyə riskləri idarə olunmalı və hesablanmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB