Vergilər Nazirliyində daha bir kadr dəyişikliyi olub. Belə ki, Vergilər naziri Fazil Məmmədov özünə daha bir müşavir təyin edib. SİA-nın xəbərinə görə, bununla da vergilər nazirinin müşavirlərinin sayı 8-ə çatıb.
Vergilər nazirinin əmri ilə III dərəcəli dövlət vergi xidməti müşaviri Elçin Məmmədov Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müşavir təyin olunub.
Nazirin digər əmri ilə III dərəcəli dövlət vergi xidməti müşaviri Mahir Əhmədağa oğlu Rəfiyev nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinə rəis təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB