497,0 milyon manatlıq xidmət

Yanvarda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 666,9 milyon manat olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, artımın 64,5 faizini hüququ şəxslər təmin edib və onlar tərəfindən əhaliyə 497,0 milyon manatlıq xidmət göstərilib. Bu, keçən ilin müvafiq göstəricisini 3,1 faiz üstələyib.

Bu ilin yanvarında hər bir ölkə sakini orta hesabla 69,5 manatlıq müxtəlif pullu xidmətdən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə