Dünya birjalarında neftin qiymətində bahalaşma başlayıb. Məlumata görə, hazırda dünya bazarlarında "Brent" markalı neftin bir bareli 35.15 dollara qalxıb.
"WTI" markalı neftin qiymətində isə cüzi bahalaşma qeydə alınıb. Ötən səhər 32.78 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 32.90 dollar müəyyən olunub.
Ötən həftə sonu "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 2,80 dollar bahalaşaraq 37,22 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB