Yeni devalvasiya gəlirmi? EKSPERT RƏYİ

Vüqar Bayramov: "Mərkəzi Bankda strateji olaraq məzənnə və tələb proqnozlaşdırılması arzuolunan səviyyədə deyil"
Yeni devalvasiya gəlirmi? EKSPERT RƏYİ

Bu gün cəmiyyətdə ən çox qarşılaşdığımız suallardan biri də devalvasiya ilə bağlıdır. İnsanlar yenidən devalvasiyanın yaşanacağından narahatdır. Səbəb çox sadədir. Məsələ ilə bağlı SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, buna səbəb Mərkəzi Bankın fevralın 24-ü üçün cəmi 30 milyon dollar məbləğində vəsait satışa çıxarmasını göstərdi.

Ekspert bildirib ki, hərracda iştirak edən 14 bank isə 66,760 milyon dollar almaq istəyiblər amma Mərkəzi Bank valyuta sifarişinin cəmi 44,9 faizii təmin edib: "Sifarişin yarıdan azı qarşılanıb. Bu isə o deməkdir ki, son həftələr bəyan etmədiyi səbəblərlərdən dolayı manatı möhkəmləndirən Mərkəzi Bank dollara olan tələbi tam ödəyə bilməyib. Təxminən 4 milyard dollar valyuta ehtiyatları olan Mərkəzi Bankın nə üçün 37 milyon dollara yaxın vəsaiti bazar çıxarmaması səbəbləri isə qaranlıqdır. Bununla yanaşı, Mərkəzi Bankın bu addımı bazarda və eləcə də əhali arasında yenidən çaşqınlıq yaradır. Bu eyni zamanda banklarda valyuta qıtlığına və həmçinin "qara bazar"ın yenidən canlanmasına da səbəb ola bilər".

Vüqar Bayramov Mərkəzi Bankın ən azı dollar tələbinin ödənilməməsinin səbəbləri barədə ictimaiyyətə məlumat verməli olduğunu qeyd edib. O bildirib ki, insanlar arasında yenidən valyuta ajiotajı yaranmasın deyə Mərkəzi Bank açıqlama verməlidir. Çünki bu cür hallar bazara həm iqtisadi, həm də psixoloji təsir göstərir. İqtisadi baxımdan tələb ödənilmir, psixoloji cəhətdən yenidən əhali, xüsusən də dollar ilə krediti olanlar arasında narahatçılıq yaranır. Buna görə də, Mərkəzi Bank hərraca valyuta çıxaran zaman mövcud tələbi öncədən doğru proqnozlaşdırmalıdır. Amma bu günki hərracın nəticələri göstərir ki, baş bankda strateji olaraq məzənnə və tələb proqnozlaşdırılması heç də arzuolunan səviyyədə deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə