Neftin qiyməti artacaq

Dünya neft bazarında qiymətlər tələb və təklifin 2017-ci ildə tarazlaşmasından sonra korrektirovka olunacaq. SİA-nın məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) hesabatında bildirilir.

Agentliyin ekspertlərinin fikrincə, neftə olan tələbat psixoloji hədd sayılan 100 mln. barel/gün səviyyəsini 2019-2020-ci illərdə keçə biləcək.

Bazarda neft təklifinin tələbi üstələməsi 2014-cü və 2015-ci illərdə müvafiq olaraq 0,9 mln. və 2 mln. barel/gün təşkil edib. Bu il isə təklifin 1,1 mln. barel/gündən artıq olacağı ehtimal olunur və tarazlığın yalnız 2017-ci ildə bərpa olunacağı gözlənilir.

İEA-nın hesabatında vurğulanır ki, bazarın bugünkü vəziyyəti nəzərə alınmaqla, hər hansı geosiyasi gərginlik yaşanmasa, yaxın gələcəkdə neftin qiymətinin kəskin artımı gözlənilmir. Qeyd edək ki, 2015-ci ildə dünyada gündəlik neft tələbatı 94,4 mln. barel təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə