Neft ucuzlaşdı

Həftəyə cüzi ucuzlaşma ilə başlayan neft qiymətlərində geriləmə davam edir. Dünya bazarlarında ötən gün 31.02 dollar olan "Brent" markalı neftin qiyməti hazırda 30.58 dollar təşkil edir.

"WTI" markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. Ötən gün 28.55 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 26.88 dollar təşkil edir.

Həmçinin ötən gün "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 1,65 dollar ucuzlaşaraq 32,61 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə