İran Ermənistana ixrac etdiyi qazın həcmini niyə artırır? ŞƏRH
"İran regionda öz fəaliyyətini genişləndirməyə çalışır. İrana qarşı tədbiq edilən sanksiyaların aradan qaldırılması imkan verir ki, İran Avropa bazarı ilə yanaşı, həmçinin region bazarına da daxil ola bilsin". Bu fikirləri SİA-ya iqtisadçı ekspert Vüqar Bayramov İranın Ermənistana ixrac etdiyi qazın həcminin artırılmasına dair rəsmi Tehranın mövqeyini şərh edərkən deyib.
Ekspert hesab edir ki, region ölkələrinin bazarına öz enerjisini çıxarmaq bu gün İran üçün bir prioritetdir: "Birmənalı şəkildə İran çalışır ki, məhz bu prioritetlərdən istifadə etməklə bazara daxil olsun. Nəzərə alsaq ki, iqtisadi baxımdan Ermənistanla İranın uzunmüddətli əlaqələri var və hətta bu əlaqələr Dağlıq Qarabağ münaqişəsinin aktiv olduğu dövrlərdə belə zəifləmədi bu zaman İranın indi atdığı addım təəccüb doğurmur. Bütün bunlara baxmayaraq Azərbaycan İrana qarşı sanksiyalar tədbiq olunan zaman belə İrana dəstək olub. İrana qarşı hər hansı bir hərbi müdaxilə olacağı təqdirdə belə Azərbaycan birmənalı şəkildə bəyan etmişdi ki, İrana qarşı Azərbaycan ərazisindən istifadə olunmuyacaq. Yəni İranın ən ağır günlərində Azərbaycan bu ölkəyə dəstək olub".
Vüqar Bayramov Ermənistanın İranla iqtisadi əməkdaşlığını genişləndirməsinin arzuolunan hal olmadığını deyib. İqtisadçı ekspert qeyd edib ki, hazırda İran gəlir əldə etmək üçün qonşu ölkələrin bazarlarına daxil olmaqla regionun aparıcı oyunçularından olmağa çalır: "Bu fakt açıq şəkildə özünü biruzə verir. Amma bütün bunlara baxmayaraq düşünürəm ki, səbəbi nə olursa olsun rəsmi Tehran Azərbaycanın ona göstərdiyi diqqəti nəzərə almalı idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB