Bələdiyyə sədri: "Köhnə sədrin dövründə olan borcların ödənilməsi ilə məşğuluq" SƏRT İTTİHAM
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında iştirak edən Astara rayon bələdiyyəsinin yeni sədri Aygül Məmmədova keçmiş sədrə qarşı ciddi ittihamlarla çıxış edib. SİA-nın məlumatına görə, o, bələdiyyələrə son seçkilərdən sonra köhnə rəhbərliyin səhvləri və yol verdiyi nöqsanlar üzündən xeyli problemlər yaşadıqlarını bildirib: "Biz hazırda köhnə sədrin dövründə olan borcların ödənilməsi ilə məşğuluq. Özü kənarda durub, biz isə onun yerinə cərimə ödəyirik. Bu gün bələdiyyələr ölkəmizin inkişafına, o cümlədən yerli sahibkalara kömək etmək istəyir. Bunun üçün də kifayət qədər imkanlar və potensial var. Amma çox təəssüf ki, bəzi maneələr üzündən biz onlara kömək edə bilmirik. Biz axı nəyə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən, Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən asılı vəziyyətdə qalmalıyıq? Eyni zamanda, yaxşı olmazdımı ki, hər bir bələdiyyə seçildiyi 5 illik müddətə cavabdehlik daşısın, ondan əvvəlki rəhbərliyin və ya üzvlərin nöqsanları üzündən yaranmış problemlərin həlli ilə məşğul olmasın? Bizim bələdiyyənin keçmiş sədrinin dövründə əmək haqqları ödənilmədiyi üçün məhkəmə tərəfindən bələdiyyəmizə 80 min manat cərimə yazılıb. Biz faktiki olaraq bu iki il ərzində hələ ki, həmin cəriməni ödəməklə məşğuluq. Buna görə, heç bir əməli fəaliyyət göstərə, ölkəmizin inkişafına az da olsa töhfəmizi verə bilmirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB