Sahibkarların kredit götürməsi asanlaşacaq

Kreditdə yeni mexanizm gəlir
Sahibkarların kredit götürməsi asanlaşacaq

Artıq sahibkarlar daha yüngül şərtlərlə kredit götürə biləcəklər. Bunun üçün yeni layihənin icrasına başlanılıb. Azərbaycanda kiçik sahibkarlar avadanlıq, istehlak mallarını, mal qara, kənd təsərrüfatı məhsullarını, o cümlədən daşınan əmlakını girov qoymaqla kredit götürə biləcəklər.

Bu yeniliklər Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə regional "Kredit məlumatların mübadiləsi" layihəsinin 3-cü mərhələsində öz əksini tapıb. Layihənin baş mütəxəssisi Fabrisio Frabaninin sözlərinə görə, hədəflərə nail olunarsa, bu sahibkarlığın inkişafına böyük töhfə olacaq.

Layihənin 3-ci mərhələsi 1 il ərzində davam edəcək. Ancaq icrası üçün hökümətin müvafiq sənədlərin təsdiqinə ehtiyac var.

Bütün xəbərlər Facebook səhifəmizdə