Vergilər naziri yeni müşavir təyin edib

Vergilər naziri yeni müşavir təyin edib

Vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 13-dən 7-ə azaldıb. Vergilər Nazirliyindən SİA-ya verilən məlumata görə, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev və Müsavər Nəbiyev müşavir vəzifəsindən azad olunublar.

Bildirilib ki, Tariyel Quliyev nazirin yeni müşaviri təyin olunub.

Beləliklə, nazir F.Məmmədovun müşavirləri - Ələkbər Məmmədov, Riyad Hüseynov, Məhəmmd Sadıqov, Qabil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev və Tariyel Quliyevdir.

Nazirlikdən həmçinin bildirilib ki, müşavir vəzifəsindən azad olunan şəxslər Nazirliyin digər struktur bölmələrinə təyinat alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə