Bəzi rayonlarda qaz olmayacaq

Sabah saat 10-dan 18-dək SOCAR-ın "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Laçın qaçqınları", Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Sığırlı", Astara magistral qaz kəmərləri sahəsinin "İmişli", "Axundov", "Saatlı", "Qaracalar" və "Otuzikilər" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Kürdəmir rayonunun Sığırlı, Şohralı və Ərəbqubalı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, aparılan işlərin Bakının Xəzər rayonunun Laçın qaçqınları şəhərciyi, eyni zamanda, İmişli, Saatlı və Sabirabad rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə