Deputat: "Dövlət sahibkarlığın inkişafında maraqlıdır" AÇIQLAMA

Deputat: "Dövlət sahibkarlığın inkişafında maraqlıdır" AÇIQLAMA

"2008-ci ildən dünyada iqtisadi böhran hökm sürür. Dünyada yaşanan böhran bu illər ərzində ölkəmizdə hiss olunmayıb. Bunun kökündə isə cənab Prezident tərəfindən ölkəmizdə aparılan düzgün iqtisadi siyasət dayanır. Hələ iqtisadi böhranın başlayan vaxtlarında dövlətimizin başçısı demişdi ki, neftdən asılılıq aradan qaldırılmalı, qeyri-neft sektoru inkişaf etdirilməli, sahibkarlığın inkişafına şərait yaradılmalı, iqtisadiyyatda rəqabət qabiliyyətliliyi artırılmalıdır". Bu fikirləri SİA-ya açıqlmasında millət vəkili Azər Badamov deyib.

O qeyd edib ki, dünyada baş verən böyük proseslər nəticəsində 2015-ci ilin fevralında baş verən manatın devalvasiyasına qədər ölkədə böyük infrastruktur layihələri həyata keçirilib, sahibkarlığın inkişafı ilə bağlı işlər görülüb və yeni qanunvericilik bazası yaradılıb: "Gözləyirdik ki, post-neft dövrü gec başlanacaq. İqtisadiyyatımızın əsas hissəsi neft gəlirləri ilə formalaşırdı. İstəyirdik ki, sahibkarlığın inkişafına sərbəst dəstək verək, həm sosial-iqtisadi inkişaf, həm də iqtisadiyyatın birbaşa inkişaf layihlərini həyata keçirək. Neftin 4 dəfədən çox ucuzlaşması Azərbaycanda qeyri-neft sektorunun, sahibkarlığın inkişafına dəstəyin daha da təkmilləşməsinə zəmin yaratdı. Bir sıra qanunlar qəbul edildi. Son aylar sahibkarlıq mühitində fəaliyyətin daha da təkmilləşdirilməsi və sadələşdirilməsi üçün işlər aparıldı. Əsasən, iki il ərzində sahibkarlıq subyektlərində vergi yoxlamalarının saxlanılması, sahibkarlıq fəaliyyətinə başlanılması üçün xidmət növlərinin lisenziyalarının minimuma endirilməsi, bir sıra sahələrdə lisenziyalaşmanın tamamilə ləğv edilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması üçün bir pəncərə sisteminin tətbiq olunması, ASAN xidmətin fəaliyyətinin gündəmə gəlməsi onu göstərir ki, Azərbaycanda bu gün dövlət sahibkarlığın inkişafında maraqlıdır və gələcək inkişafımız da birbaşa bununla bağlıdır".

Deputat bildirib ki, Prezident İlham Əliyev keçirdiyi müşavirələrdə xüsusilə sahibkarlıq mühitinin daha da genişləndirilməli və ölkə iqtisadiyyatının idxaldan tamamilə azad edilməli olduğunu qeyd edib. Millət vəkili vurğulayıb ki, dövlət tərəfindən hər zaman sahibkarlara yardım göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə