"Azeri LT CIF" 4 faiz ucuzlaşıb

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,41 dollar yaxud 3,97% ucuzlaşıb. SİA-nın xəbərinə görə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34,09 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə