Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorda hazırda turizm, istehsal, kənd təsərrüfatı, xidmət və İKT sahələrində 20 gənc sahibkar kimi hazırlanır. Bununla belə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən biznes inkubatora yeni iştirakçıların seçilməsi üçün müsabiqə elan edilib və hazırda sənədlərin qəbulu davam etdirilir. Bu barədə SİA-ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə 2014-cü ildən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyət göstərir. Burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün hər cür şərait yaradılıb. Biznes inkubatorda gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar verilir, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstərilir. 2015-ci ildə biznes inkubatorda müxtəlif tədbirlər, o cümlədən treninqlər, beynəlxalq ekspertlərin iştirakı ilə seminarlar, "ideyadan biznesə doğru" müsabiqəsi keçirilib.
Bu cür tədbirlərin bu ildə də keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB