AMB-dən növbəti hərrac satışa 200 milyon dollar çıxarıldı

AMB-dən növbəti hərrac satışa 200 milyon dollar çıxarıldı

28 yanvar 2016-cı il tarixində Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracını keçirilib. AMB-dən SİA-ya verilən xəbərə görə, Mərkəzi Bank tərəfindən satışa 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb. Hərracda iştirak edən 7 bank tərəfindən məcmu tələb 113,260 mln ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə