İqtisadçı: "Azərbaycan kredit götürsə də öz şərtlərini diktə edəcək" AÇIQLAMA
"Azərbaycan hökumətinin Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan məhz 4 milyard dollar həcmində kredit almaq istəyi barədə mətbuatda yayılmış informasiyalarıın səhihliyi bir qədər şübhə doğurur". SİA-nın məlumatına görə, bu sözləri iqtisadçı Fikrət Yusifov deyib.
İqtisadçı bildirib ki, Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə İnstitutlarının hər hansı razılaşma sənədi imzalamadan müzakirələrin predmeti barədə ictimaiyyətə açıqlama vermələri inandırıcı deyil: "Yayılmış informasiyada dəqiq mənbə göstərilmədiyindən bir qəzetin yaydığı xəbəri real fakt kimi təqdim etmək və dəqiq rəqəm söyləmək doğru deyil. Əlbəttə, Azərbaycan hökuməti Beynəlxalq maliyyə qurumları - Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İslam İnkişaf Bankı və s. bu kimi qurumlarla müzakirələr aparır. Ola bilsin ki, Azərbaycana hansısa maliyyə institutu tərəfindən kreditlər ayrılsın. Cənab Prezident də son müşavirədə Azərbaycanın xarici borclanmaya gedə biləcəyinə dair fikirlər səsləndirmişdi. Bizdə olan məlumata görə hazırda bu istiqamətdə müəyyən fikir mübadiləsi aparılır. Lakin bu danışıqlar özünün hazırlıq mərhəlləsindədir və hər hansı dəqiq məbləğ ətrafında söhbət aparılmır. İndiki müzakirələr kreditə ehtiyacın nə qədər olduğunu müəyyənləşdirmək ətrafında qurulub. Yəni hələ ki, kreditin şərtləri müzakirə predmeti deyil. Ümumiyyətlə, hesab etmirəm ki, Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumlarının təklif edəcəyi kreditlər üzrə bütün şərtləri qəbul edəcək qədər çıxılmaz durumdadır. Azərbaycan kredit götürsə bunu yalnız onu qane edəcək şərtlər daxilində edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB