Neftin dünya bazarlarında qiyməti bahalaşmaqda davam edir. Nyu-York və London birjasında neftin bir barelinin qiymətində bahalaşma qeydə alınıb. Nyu-York birjasında (NYMEX) WTI markalı neftin bir barrelinin qiyməti 3,45% qalxaraq, 32,53 dollar olub. ICE Futures London birjasında Brent markalı neftin bir barelinin qiyməti 4.24% qalxaraq, 33,93 dollar olub.
Azərbaycanın "AzəriLayt" markalı neftinin bir bareli də bahalaşaraq 33,88 dollara çatıb.
Əlvan metalın qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı 35,38 dollardır. Platinin 1 qramı 26.98 dollar, palladiumun 1 qramı isə 16.06 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.
Neftin qiyməti Rusiya-Ukrayna münaqişəsindən sonra aşağı düşməyə başladı. 2014-cü ilin fevral-mart-aprel aylarından Rusiya Ukraynanın Krım bölgəsini və Donbas vilayətinin bir hissəsini işğal altında saxlayır.
O vaxtdan bəri dünya çapında yaranan yeni qarşıdurma iqtisadi basqılarla da müşayiət olunur. Neftin dünya bazarında qiymətinin enişi Qərblə Rusiyanın iqtisadi müharibəsinin əsas elementidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB