"Azərişıq" ASC cənub regionunda çox ciddi dəyişikliklərə nail olub. Qış ayları üçün ən vacib quruculuq və təmir-bərpa işləri həyata keçirilərək abonentlərin dayanaqlı, keyfiyyətli elektrik enerjisi təchizatı təmin edilir. SİA-nın xəbərinə görə, Səhmdar Cəmiyyətdən bildirilib ki, "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava ötürücü xətlərin, onların mühafizə-avtomatika vasitələrinin normal iş rejimi yüksək həddə çatdırılıb.
Xidməti ərazidə balansda olan 110/35/10/6 kilovoltluq (kV) yarımstansiyalarda avadanlıq cari təmir edilib, tranformatorların böyük əksəriyyətində sınaq işləri aparılıb, 2-ci kommutasiya dövrələri sazlanaraq mühafizələri yoxlanılıb.
Hazırda "Cənub" RETSİ üzrə bütün elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, 0,4 kV-luq şəbəkələrin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Soyuq qış ayları nəzərə alınmaqla operativ briqadalar formalaşdırılıb və qəza xidmətinin işi yüksək hazırlıq həddinə çatdırılıb.
Regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədilə izahi və praktiki işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB