Neft qiyaməti üç ölkə mayasından ucuz satır

Latın Amerikası ölkələri nefti maya dəyərindən də ucuz qiymətə satır
Neft qiyaməti üç ölkə mayasından ucuz satır

Venesuela, Ekvador və Kolumbiya neftin qiymətinin hasilat xərclərindən də aşağı düşdüyünü bəyan edib. Rusiyanın NTV telekanalı xəbər verir ki, qiymətlərin kəskin şəkildə aşağı düşməsi Latın Amerikası ölkələrini nefti maya dəyərindən də aşağı satmağa vadar edir. Maya dəyərinin 22 dollar təşkil etdiyi Vasconia markalı Kolumbiya neftinin barreli üçün hazırda təxminən 20 dollar təklif olunur. İstehsalat xərcləri 18 dollar olan Venesuelanın DCO nefti isə 15 dollara satılır.

Ekvador Prezidenti Rafael Korrea bir qədər əvvəl neftin hasilat xərclərindən də ucuz satıldığını bildirib. Bu ərəfədə Meksika nümayəndələri də neftin qiymətinin hasilat dəyərindən aşağı düşdüyünü deyib və bunun yalnız yeni yataqlara aid olduğunu, köhnə yataqların isə rentabelliyini qoruduğunu qeyd ediblər.

Xatırladaq ki, 2014-cü ilin yay aylarından başlayaraq neftin qiyməti təxminən dörd dəfə aşağı düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə