Toğrul İsmayıl: "Azərbaycan böhrandan ən az əziyyət çəkən ölkə ola bilər" AÇIQLAMA
"Əslində dünyada 2009-cu ildən iqtisadi böhran baş qaldırmışdı. İndi də həmin prosesin davamı gedir. Azərbaycan büdcəsinin əhəmiyyətli hissəsini enerji resurslarının satışından əldə olunan gəlirlər formalaşdırdığına görə dünya bazarında neftin qiymətinin aşağı düşməsi istər- istəməz iqtisadiyyatımıza təsir edir". Bu fikirləri SİA-ya politoloq Toğrul İsmayıl deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyada gedən proseslərin fonunda öz inkişaf tempini qoruyub saxlasa da neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına və maliyyə sisteminə mənfi təsir göstərir: "Bu, reallıqdır. Hesab edirəm ki, bu cür böhranlı vəziyyətdən qorunmaq üçün ölkədə iqtisadi islahatlar, strukturu dəyişikliyi aparılmalıdır. Əgər iqtisadiyyatda inkişaf tempimizi qoruyub saxlamaq istəyiriksə, o zaman problemi kökündən həll etməliyik. Bu da qısa zaman kəsiyində bir qədər mümkünsüz görünür. Ümüd edirəm ki, müəyyən sahələrdə olan çatımamazlıqlar aradan qaldırılacaq, problemlər öz həllini tapacaq".
Politoloq bildirib ki, Ölkə Prezidenti İlham Əliyevin apardığı siyasətin, həyata keçirdiyi islahatların mahiyyətində başlıca olaraq Azərbaycan vətəndaşının rifah halının yüksəldilməsi dayanır: "Ona görə də əhalinin güzəranın yaxşı olması üçün Prezident mütəmadi olaraq Nazirlər Kabinetinə tapşırıqlarını verir, bu yöndə sərəncamlar, fərmanlar imzalayır. Yalnız dünya iqtisadiyyatında gedən proseslərin Azərbaycana təsirini minumuma endirmək üçün qeyri-neft sektorunun inkişafı gücləndirilməli, neftdən asıllıq tamamilə aradan qaldırılmalı, ölkəyə xarici investorlar cəlb olunmalıdır. Bununla da Azərbaycan ümumdünya iqtisadi böhranından ən az əziyyət çəkən ölkə olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB