Ekspert: “Davosda Azərbaycana xarici sərmayələrin cəlb edilməsi gündəmdə olacaq” MÜNASİBƏT
"Davos İqtisadi Forumunda Azərbaycan üçün mühüm əhəmiyyət daşıya biləcək ölkələrin liderləri toplaşıb". SİA xəbər verir ki, bu fikirləri beynəlxalq ekspert Tamerlan Vahabov Davos İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyəti məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Davos Forumuna qatılması Azərbaycan üçün vacib məqamları özündə əks etdirir: "İlk növbədə Cənab İlham Əliyevin bu forumda iştirakı Azərbaycanın ənənəvi olaraq iştirak etdiyi qlobal və regional enerji, iqtisadi layihələrdə davamlılıq prinsipinin ortaya qoyulmasıdır. Digər tərəfdən Forumda Azərbaycanın nəqliyyat potensialı haqqında müzakirələrin aparılması istisna deyil".
Davos Forumunu ölkəmiz üçün əhəmiyyətli edən faktorlardan biri Azərbaycana xarici sərmayələrin cəlb edilməsidir və əsas gündəmdə olacaq məsələlərdən biri də bu olacaq. Bu, Azərbaycanda neçə illərdir ki, davam edən və neftin qiymətinin düşməsindən sonra daha da aktuallaşan qeyri-neft sektorunun inkişafı siyasətinin bir hissəsidir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə həm yerli sahibkarlığın inkişafı üçün şəraitin yaxşılaşdırılması, həm də xarici sərmayələr üçün effektiv infrastrukturun mövcudluğunun əhəmiyyəti barədə söz açıb. Davos İqtisadi Forumu bu siyasətin həyata keçirilməsi üçün əlverişli platformalardan biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB