İpoteka şərtləri sadələşdiriləcək

Samir Şərifov: "Büdcə üçün əlavə gəlir mənbələri tapılmalıdır"
İpoteka şərtləri sadələşdiriləcək

İpoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur. Bununla bağlı təkliflər nazirlər kabinetinə təqdim olunub. Maliyyə naziri Samir Şərifov bu barədə məlumat verib. Büdcənin xərclər hissəsində lazımı düzəlişlər ediləcək. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, ilk növbədə manatın yeni məzənnə siyasəti ilə bağlı qiymət artımının əhaliyə təsirinin azaldılması üçün müəyyən sosial imtiyazlar nəzərdə tutulur.

Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir deyib ki, ilkin olaraq büdcədə neftin baza qiyməti 50 dollar/barelindən götürülüb : "Həmçinin, xərclərin təmin edilməsi üçün əlavə gəlir mənbələri tapılmalıdır.Əmək haqlarının artırılması üçün maliyyə təminatının yaradılması, eyni zamanda məcburi köçükünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə ilə bağlı maliyyə təminatının yaradılması və digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranıb. Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik. Bu məsələlər yeni büdcədə öz əksini tapmalıdır".

Maliyyə naziri ipoteka məsələsinə də toxunaraq İpoteka Fondunun yeni əsaslar üzərində qurulmasının vacib olduğunu deyib. Bununla bağlı təkliflər artıq nazirlər kabinetinə təqdim olunub və yaxın 3-4 gün ərzində qərar verilməsi gözlənilir.

Bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

Nazir hesab edir ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq: "İlk növbədə, İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Bu gün İpoteka Fondunun yeni əsaslarla qurulması vacibdir ki, o bazara da çıxa bilsin, vəsait cəlb etsin. Bu vəsait hesabına ölkə xaricində ipoteka kreditlərinə ehtiyacı olanlara ipoteka kreditləri təqdim edə bilsin".

S.Şərifov bildirib ki, ipoteka şərtlərinin sadələşdirilməsi, məbləğin artırılması nəzərdə tutulur: "Manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına, faiz siyasətinə yenidən baxılmasına ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə