"Atılan vacib addımlardan biri bankdan kənarda valyuta mübadiləsi aparan məntəqələrin ləğvi olub. Həmin məntəqələr müəyyən ajiotaj yaradırdı". SİA-nın məlumatına görə, bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. O qeyd edib ki, əlləri təmiz olmayan müəyyən möhtəkirlər valyuta kursunun qaldırılması istiqamətində çalışırdı: "Lakin, siz görürsünüz ki, hazırda valyuta bazarında situasiya sabitləşib. Digər tərəfdən atdığımız addımlar bütövlükdə bazarın valyutaya olan ilkin ajiotaj, psixoloji tələbatının ödənilməsidir. Dünənki son auksionda bizim təklif etdiyimiz valyutanın hamısı alınmadı. Dəvət etdiyimiz 35 bankdan cəmi 28 bank auksionda iştirak etmişdi. Bu onu göstərir ki, artıq bazarda sabitləşmə prosesi gedir. Lakin məzənnə üzür, üzməkdə davam edir".
O qeyd edib ki, manatın kursu ilə bağlı elektron saytlarda şayiələr yayılır, lakin bunların heç bir əsası yoxdur: "Bütün iqtisadi proseslər sabitləşməyə xidmət etməlidir və bu sabitləşmə üzərində iqtisadiyyat qurulmalıdır. 2015-ci ilin ilk devalvasiyasına qədər ən çox inkişaf edən sahə bank sektoru idi. Kapitallaşma 18 faiz, 2 dəfədən çox idi. Problemli kreditlərin həcmi isə 5 faiz təşkil edirdi. Bu gün ən çox təsirlənən sistemlərdən biri bank sektorudur".
Kiçik kreditlərə gəlincə, E.Rüstəmov qeyd edib ki, bunlara addım-addım baxılır: "Yəqin ki, bu məsələyə qayıdılıb, müzakirə olunacaq və icitmaiyyət də məlumatlandırılacaq. Cəmiyyəti bu gün ən çox düşündürən məsələ manatın sabitliyidir. Manat valyuta deyil, dövlət simvoludur. Manat və onun məzənnəsi Azərbaycan iqtisadiyyatını ifadə edir".
E.Rüstəmov bildirib ki, hazırda qarşıda dayanan əsas məsələ ölkə iqtisadiyyatının neftin bugünkü bazar qiymətinə uyğunlaşdırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB