"2016-cı ildə neftin dünya bazarında qiyməti 10, 9 hətta 8 dollara qədər düşə bilər". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dünya iqtisadçılarının neftlə bağlı proqnozlarını şərh edərkən deyib.
"Biz bu təcrübəni 1998-ci ildə də yaşamışıq. 998-ci ilin təxminən yay aylarında neftin dünya bazarındakı qiyməti 10 dollara qədər düşmüşdü. Bu məsələ ilə bağlı "Forbes"in araşdırmasını misal gətirmək olar. Belə ki, bu araşdırmaya görə, dünya bazarında neftin qiyməti 30 civarı olduğu halda OPEK neftinin qiyməti isə 27 dollardır: "1998-ci ildə olan neft qiymətləri ilə bu göstərici arasında 17 dollar fərq var. Yəni bu baxımdan neft qiymətlərinin aşağı düşmə ehtimalı reallaşa bilər. Neft qiymətlərinin bu qiymətə düşməsi hələ nə Rusiya, nə Avropa, nə də Amerika üçün faciəli bir hədd deyil. Neft şirkətləri hələ də neft emal etməyə davam edirlər. Bu baxımdan 2016-cı ildə neft qiymətlərinin 10 dollara düşməsi gözlənilən bir haldır".
Qeyd edək ki, 2016-cı ildə neftin dünya bazarındakı qiymətinin 10 dollara qədər düşə biləcəyini bildirən bir çox iqtisadçı bunun emal çoxluğu ilə əlaqələndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB