Dəmiryolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib FOTO

Dəmiryolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib FOTO

Bu gün Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan Dəmir Yolu" Səhmdar Cəmiyyətinin prezidenti Askar Mamin, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodnıy, "Xəzər Dəniz Gəmiçiiyi" QSC-nin sədri Rauf Vəliyev və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov iştirak ediblər.

Görüşdə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna arasında yükdaşıma həcmi, Avropadan Çinə və Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə geriyə konteyner qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilməsi, həmçinin Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi haqqında məsələlər müzakirə edilib.

Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə