Neftə tələbat artacaq, qiymət qalxacaq OPEK-in yeni strategiyası
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mazrui bildirib ki, dünya neft bazarında OPEK-in strategiyası özünü doğruldur.
SİA xəbər verir ki, Əmirliyin kütləvi informasiya vasitələrində verilən məlumata görə, bu strategiya sonda neftə tələbatın və onun qiymətinin artmasına səbəb olacaq.
Nazirin bəyanatlarından bəlli olur ki, 2015-ci ildə neftə tələbat gözlənildiyindən daha artıq olub. Belə ki, tələbatın gündə 1,2-1,25 milyon barel olacağı proqnozlaşdırıldığı halda real tələbat gündə 1,5 milyon barel olub. Nazir deyib: "Bu o deməkdir ki, neftin qiyməti aşağı olanda ona tələbat daha yüksək olur".
Əl-Mazruinin fikrincə, Neft İstehsal və İxrac edən Ölkələr Təşkilatı (OPEK) neftin qiymətinin azalmasına cavab olaraq hasilatı azaltmayıb. Bu strategiya sayəsində təklif artımı məhdudlaşdırılıb imkan verib və bu əsaslı dəyişiklik dünya neft bazarında tarazlıq yaranmasına imkan verəcək. Nazir deyib: "Əgər biz hər hansı süni tədbirlər görməyə çalışsaq, onun nəticəsi davamlı olmayacaq".
Əl-Mazruinin sözlərinə görə, dünya neft bazarında fundamental göstəricilər 2016-cı ilin sonuna qədər neftin qiymətinin artmağa başlayacağına dəlalət edir.
(azertac)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB