Şimal bölgəsinin bağbanları yeni salınan bağlarda daha çox çəyirdəkli meyvə ağacları əkməyə üstünlük verirlər. Yeni salınan bağlarda ən çox gilas və alça tinglərinin əkildiyi deyilir. Bununla yanaşı, alma və armud bağları salanlar da az deyil.
Ağacların calanmasını bir neçə üsulla həyata keçirsə də, ən çox göz calağından istifadə edilir. Çünki bu üsulla calaqlar daha uğurlu alınır.
Tinglərin qiyməti meyvə sortlarından asılı olaraq dəyişir. Şaftalı, albalı, armud, heyva və gavalı tingləri alıcılara 2 manata təklif olunur.
Payız fəslində tinglərə tələbat artır. Çünki, bu fəsildə əkilən ağaclar məhsuldarlığı ilə seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB