Bu yollardan keçməyin!

İki ərazidə hərəkət qızamüddətlik məhdudlaşdırılacaq. "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin rahat və maneəsiz şəkildə təmin edilməsi məqsədi ilə bu gün aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektində, "20 Yanvar dairəsi"ndən Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsünün girişinədək olan hissəsinin sol kənarda yerləşən 2 hərəkət zolağı ilə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Natavan küçəsi ilə kəsişməsinədək (Biləcəri enişi) olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qısa müddətlik məhdudlaşdırılacaq.

İşlərin səhər saat 9:00-dan axşam saatlarınadək aparılması planlaşdırılır. Bununla əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə