Rusiya böhranından sonra alternativ bazar axtarışlarını davam etdirən Türkiyə Azərbaycan və Qazaxıstan ilə güzəştli ticarət razılaşması imzalamaq niyyətindədir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ticarət Sazişi və Sərbəst Ticarət Razılaşmaları (STA) ilə zərərin minumuma endirilməsi hədəflənir.
İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan yeni yol xəritəsinə görə, prioritetli olaraq Azərbaycan ve Qazaxıstan ilə güzəştli ticarət razılaşması imzalanacaq. Sazişin 1 yanvar 2017-ci ildə qüvvəyə minməsi planlaşdırılır.
Pakistan ilə STA imzalanması prosesinə də başlanılıb. Yaponiya, Meksika, Peru və Ukrayna kimi ölkələrlə də STA müzakirələri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB