Aleksandr Novak: "Neftin qiymətinin ucuzlaşmasının səbəbkarı Səudiyyə Ərəbistanıdır"
Nefti kim ucuzlaşdırır?

Rusiyanın energetika naziri Aleksandr Novak neftin qiymətinin ucuzlaşmasının səbəbkarının hasilatı bu il 1,5 milyon barrel artıran Səudiyyə Ərəbistanı olduğunu deyib. O bildirib ki, Səudiyyə Ərəbistanı hasilatı artırmaqla neft bazarlarındakı sabitliyi pozub.

"Rossiya 24"ə müsahibəsində A.Novak gələn ilin ikinci yarısında neft bazarlarında tələb-təklif tarazlığının bərpa olunacağına inandığını bildirib.

"Lakin İrana qarşı sanksiyaların götürülməsi və bu ölkənin neft hasilatını artırması da bazarlara təsir göstərəcək", – deyə A.Novak qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə