Səlim Müslümov: "Gələn il heç bir sosial proqram, layihə kəsirlə icra olunmayacaq" AÇIQLAMA
"Manatın dollara nisbətən ucuzlaşmasından sonra bazarda müəyyən qədər sakitləşmə baş verməlidir ki, ondan sonra bazardakı qiymətlər müşahidə olunsun. Daha sonra istehlak səbətinin dəyərinin necə dəyişməsi öyrənilməlidir". SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, hazırda bu proses nəzarətdə saxlanılır: "Belə ki, mütəxəssislər bazarlarda müşahidələr aparırlar. Devalvasiyanın ilə Yeni il ərəfəsində olması bazarlarda qiymət baxımından tam mənzərəni ortaya qoya bilməyəcək. Bu səbəbdən növbəti ilin ilk günlərində də bu prosesləri davam etdirməyi düşünürük. Əldə olunacaq nəticələr əsasında vətəndaşların gəlirləri, müavinətlər, sosial yardımların nə qədər dəyərdən düşə bilmə ehtimalı, və yaxud da faktiki olaraq, nə qədər dəyərdən düşməsinin dəqiq analizini aparacağıq. Yalnız bundan sonra növbəti addımların nələrdən ibarət olacağını deyə bilərik".
Səlim Müslümov həmçinin 2016-cı ildə nəzərdə tutulan layihələr barədə də açıqlama verib. Nazir qeyd edib ki, gələn il heç bir sosial proqram, layihə kəsirlə icra olunmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB